Turkiyede pulsuz tehsil – Turkiyede tehsil

Turkiye burslari və ya Turkiyede pulsuz tehsil almaq istəyənlər üçün nəzərdə tutulan bir təqaüd proqramıdır. Hər il Yanvar ayında bu proqrama qeydiyyat başlayır. Dekabr ayından isə artıq sənədlərin hazırlanması prossesi başlayır.

Türkiyə burslarına kimlər müraciət edə bilər?

  1. Abituriyentlər (DİM-dən hazırlaşanlar)
  2.  YÖS və SAT– dan hazırlaşanlar
  3. Attestatla Türkiyədə təhsil almaq istəyənlər
  4. Magistratura təhsili almaq istəyənlər
  5. Doktorantura təhsili almaq istəyənlər

TQDK qəbul balı yüksək olan tələbələrdə Türkiyede pulsuz tehsil ala bilərlər. Ortalama balı 650+ olan tələbələrin şansı yüksəkdir. Bu şərtləri ödəyən tələbə birbaşa universitetin özünə müraciət edə bilər.Çünki qərarı hər zaman universitet verir.

Azərbaycan vətəndaşı olan bütün tələbələr bakalavr, magistr, doktorantura səviyyələri üzrə Turkiyede pulsuz tehsil ala bilərlər.

Turkiyede pulsuz tehsilin faydaları? 

1.Turkiyede pulsuz təhsil almaq üçün müraciət etsəniz,sizdən heç bir ödəniş tələb edilmiyəcək.Ancaq siz diqqətli olmalısınız. Müraciəti siz özünüz internet vasitəsilə ilə edə bilirsiniz.

2.Siz qəbul olduğunuz halda,pulsuz təhsil alırsınız

3.Təqaüdlü təhsil haqqı qazandığınız zaman,Türkiyəyə ilk gəlişiniz və məzun olduqdan sonra qayıtmanız üçün Türkiyə bursları tərəfindən sizə təyyarə bileti alınır.

4.Əlbəttə siz təhsil aldığınz müddətdə təqaüd alırsınız və onuda qeyd edək ki,təqaüd hər il artırılır.

5. Tələbələr pulsuz olaraq yataqxana və qidalanma ilə təmin edilir. 

6. Türkiyə bursları proqramı ilə siz həmçinin tibbi sığorta ilə də təmin edilirsiniz.

7.Əgər siz Universitetə qəbul zamanı Türkcə imtahanını keçə bilməsəniz,bir il ərzində türk dili öyrənəcəksiniz.Ancaq bu zaman ərzində siz,Türkiyə burslarının verdiyi bütün imkanlardan yararlana biləcəksiniz.

Türkiyə burslarının şərtləri?

Türkiyədə təqaüd proqramına müraciət etmək üçün təhsil dərəcəsindən asılı olaraq yaş limitləri vardır. Yaş limitləri isə belədir: bakalavr üçün 21 yaş ,magistratura üçün 30 yaş ,doktorantura üçün 35 yaş.

GPA- ümumi orta təhsil göstəricisi müraciət olunan ixtisas və təhsil pilləsindən asılı olaraq dəyişir. Bakalavr üzrə keçid balı 70%,magistratura və doktorantura üzrə keçid balı 75%-dir.Bunuda qeyd edək ki, təqaüd proqramında təkcə ortalama deyil, həmdə sosial cəhətdən aktivlik və təcrübə də nəzərə alınacaq.

Əgər sizdə Turkiyede tehsil və təqüdlə təhsil almaq istəyirsinizsə bizə müraciət edin!

Ünvan :Af Mall biznes mərkəzi
0504464030

0 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

azAzerbaijani